“Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm”

Sep 17, 2025 - 15:02
 0  3
“Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm”

“Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Tək onu deyə bilərəm ki, söhbət çox böyük məbləğdən gedir.

Hər şey çox ağırdır. Gözləyək, istintaq bütün suallara müvafiq cavab verəcək,” – deyə Tbilisi meri Kaxa Kaladze qanunsuz gəlirlərin leqallaşdırılması işi ilə bağlı bildirib.

“Oyunu buraxın, siyasi spekulyasiyalardan çəkinin, gözləyin – istintaq bütün suallara cavab verəcək. Bu, birdəfəlik gətirilmiş pul deyil axı? Oxuduğuma və eşitdiyimə görə illər boyu daxil olurdu. Buna görə də gözləyək və bütün cavablar veriləcək,” – Kaladze əlavə edib.


Prokurorluğun açıqlamasına görə, Dövlət Təhlükəsizlik Xidməti ilə birgə 2022–2024-cü illərdə 624 milyon ABŞ dolları və 35 milyon avronun qanunsuz gəlir kimi leqallaşdırılması faktı aşkarlanıb. Bir nəfər saxlanılıb. Qurum saxlanılan şəxsin kimliyini və ya baş hərflərini açıqlamayıb.

“İttiham olunan və cinayətkar qrupun digər üzvləri 2022–2024-cü illərdə təxminən 624 milyon ABŞ dolları və 35 milyon avronu qanunsuz gəlir kimi leqallaşdırıblar. İş üzrə aparılan istintaq tədbirləri çərçivəsində böyük məbləğdə nağd pul götürülüb. Cinayət yolu ilə əldə olunan vəsaitlərin və digər aktivlərin dövlət xeyrinə müsadirəsini təmin etmək üçün prokurorluq müvafiq hüquqi prosedurları həyata keçirəcək.

Prokurorluq ittiham olunan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edəcək. İrəli sürülən ittiham 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur,” – deyə prokurorluğun yaydığı məlumatda bildirilib.

mənbə: marneulifm