Meşə gözətçisi 900 dollar rüşvətə həbs edildi

Oct 25, 2025 - 13:04
 0  15
Meşə gözətçisi 900 dollar rüşvətə həbs edildi

Gürcüstan Maliyyə Nazirliyinin Araşdırma Xidmətinin əməkdaşları tərəfindən Gürcüstan Baş Prokurorluğu ilə əlaqələndirilərək həyata keçirilən axtarış və istintaq tədbirləri nəticəsində rüşvət alınması faktı əsasında Dövlət Mülkiyyətində Olan Milli Meşə Agentliyinin Mtsxeta-Mtianeti regionunun Fasanauri sahəsinin meşə gözətçisi Ş.Q. həbs edilib .

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Araşdırma Xidməti yayıb.

Qurumun məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, vəzifəsi əsasında, ictimai səlahiyyətlər çərçivəsində meşə ərazisinin qorunmasına nəzarət etmək olan ittiham olunan, şəxsi maddi mənfəət və qazanc əldə etmək məqsədilə fəaliyyət göstərdiyi ərazidə, meşədə kempinq qurmaq müqabilində vətəndaşdan rüşvət olaraq 900 ABŞ dolları tələb edib və almışdır, bu zaman onun həbsi həyata keçirilib.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da cəza olaraq 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.