Tbilisidə 43 avtomobilin şüşəsini sındıran 5 şəxs həbs edildi
"DİN": Tbilisi Polis Departamentinin Köhnə Tbilisi və Didube-Çuqureti Baş İdarələrinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində qrup şəklində törədilmiş oğurluq ittihamı ilə 5 şəxs - 2004-cü il təvəllüdlü A.K., 2006-cı il təvəllüdlü L.Ç., 2005-ci il təvəllüdlü A.İ., 2008-ci il təvəllüdlü S.K. və 2003-cü il təvəllüdlü, keçmişdə məhkum olunmuş və hal-hazırda şərti cəza altında olan N.S. həbs edilib.
Xeber.ge xeber verir ki,
Qurumun məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, ittiham olunanlar cari ilin oktyabr ayında, gecə gec saatlarda Köhnə Tbilisi, Vake-Saburtalo və Didube-Çuqureti ərazilərində 43 avtomobilin ön şüşəsini zədələyiblər, nəticədə avtomobillərdə olan şəxsi əşyalara, elektrik cihazlarına və müxtəlif məbləğdə pul vəsaitlərinə qanunsuz yolla əl qoyublar.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələrinin "a" və "b" yarımbəndləri ilə aparılır. Bu cinayət 7 ilədək həbs cəzası nəzərdə tutur.