İnzibati cərimələrin ödənilməsi qanuni fəaliyyətdir

Sep 17, 2025 - 14:56
 0  3
İnzibati cərimələrin ödənilməsi qanuni fəaliyyətdir

Tbilisi İnsan Hüquqları Evinin sədri, Gürcüstan İşgəncə Qurbanlarının Psixoloji və Tibbi Reabilitasiya Mərkəzinin (GCRT) direktoru Lela Tsiskarişvili şəhər məhkəməsində “maskalar işi” ilə bağlı dindirilib.


Tsiskarişvilinin sözlərinə görə, Tbilisi İnsan Hüquqları Evi rus qanununa qarşı etiraz aksiyaları başlayandan sonra aksiyada iştirak edən dinc nümayişçilərin inzibati cərimələrini ödəyir.

“Yadınızdadırsa, yayda böyük bir konsert təşkil olundu, orada Gürcüstan vətəndaşları pul toplayırdılar. Sonradan noyabr-dekabr aksiyaları zamanı TBC Bank və Gürcüstan Bankı Tbilisi İnsan Hüquqları Evində aksiyalar zamanı inzibati qaydada cərimələnmiş şəxslərin cərimələrinin ödənilməsini davam etdirməyimiz üçün vəsait köçürdü və məhz bu məsələ ilə bağlı sorğu-sual oldu. Tbilisi İnsan Hüquqları Evinin missiyası Gürcüstanda hüquq müdafiəçilərinə dəstək vermək, onları gücləndirmək, insan hüquqları haqqında bilikləri yaymaq və məhz bu hüquq müdafiəçilərinin, aktivistlərin, bu ölkə üçün ürəyi ağrıyan Gürcüstan vətəndaşlarının dəstəklənməsi, o cümlədən onların inzibati cərimələrinin ödənilməsi tamamilə legitim fəaliyyətdir”, — deyə Tsiskarişvili bildirib.

O deyir ki, bu fəaliyyət zorakılığın təşviqi deyil.

“Zorakılığı biz o vaxt gördük ki, Gürcüstan vətəndaşlarını işgəncə verirdilər, prokurorluq tərəfindən 100 zərərçəkən tanınıb, amma bir nəfər də olsun təqsirkar görməmişik. Yaxşı olardı ki, bu işləri Gürcüstan Baş Prokurorluğu araşdırsın”, — Tsiskarişvili bildirib.

“Diversiya” barədə istintaq prokurorluqda Vato Şakarashvilinin “Birləşmiş Neytral Gürcüstan” Hərəkatının müraciəti əsasında başlanıb. Bu istintaq çərçivəsində mart ayında prokurorluq bir neçə fondun hesablarını dondurub. Onlar arasında: Nanuka Jorjoliani Fondu, “Prosperiti”, “Bir-birimiz üçün 24/7” Fondu, “Ayıbdır” (“Sirtsxviliya”), Tbilisi İnsan Hüquqları Evi var.

27 avqustda, prokurorluğun tələbi ilə 7 QHT-nin bank hesabları dondurulub:

  • “Vətəndaş Cəmiyyəti Fondu”
  • “Ədalətli Seçkilər və Demokratiyanın Beynəlxalq Cəmiyyəti”
  • “Məlumat Azadlığının İnkişafı İnstitutu”
  • “Demokratiyanın Müdafiəçiləri”
  • “Gürcüstan Demokratik Təşəbbüsü”
  • “Safari”
  • “Sosial Ədalət Mərkəzi”


Prokurorluğun bəyanatına görə, bu təşkilatların hesablarına həbs qoyulması tələb olunub, çünki onlar yaz aksiyaları zamanı aksiyada iştirak edənlər üçün xüsusi qaz maskaları, qoruyucu eynəklər, maskalar, üz qoruyucu niqablar, bibər spreyi və digər vasitələr alıblar və həm cərimələnmiş şəxslərə cərimələrin ödənilməsində, həm də saxlanılan şəxslərə və onların ailələrinə yardım ediblər.

Hökumətyönlü “İmedi” telekanalı həmin QHT-lərin “zorakı aksiyaları təşkil və maliyyələşdirdiyini təsdiq edən” satınalma sənədlərini dərc edib.

27 avqustda “İmedi” 5 QHT-nin satınalma sənədlərini dərc edib. Süjetin müəllifi, Sofio Beridzenin sözlərinə görə, bu sənədləri “Xronika” eksklüziv əldə edib. Söhbət “Vətəndaş Cəmiyyəti Fondu”nun, “Məlumat Azadlığının İnkişafı İnstitutu”nun, “Demokratiyanın Müdafiəçiləri”nin, “Gürcüstan Demokratik Təşəbbüsü”nün və “Sosial Ədalət Mərkəzi”nin alışlarından gedir.

“İmedi”nin məlumatına görə, aksiyalar zamanı bu beş təşkilat maskalara, respiratorlara və digər qoruyucu vasitələrə ümumilikdə təxminən 7 500 lari xərcləyib.

28 avqustda “İmedi” “Ədalətli Seçkilər” (ISFED) əleyhinə mövcud “sübutları” da dərc edib. “İmedi”nin dərc etdiyi sənədə əsasən, ISFED 2024-cü il 1 may tarixində 18 respirator və 20 qoruyucu eynək alıb və buna 1 200 laridən çox  çox pul xərcləyib

mənbə: marneulifm