Gürcüstanda yüksək temperatur nə vaxtadək davam edəcək
Ölkə ərazisində hava şəraiti 9 avqusta qədər isti olaraq qalacaq.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, xüsusilə Gürcüstanın şərq bölgələrində havanın temperaturu bəzi yerlərdə 38-40 dərəcəyə qədər yüksələcək.
“Gözlənilən yüksək temperatur istilik stressi, meşə yanğınları riski və quraqlıq şəraitinin yaranmasına səbəb olan amillərdəndir (təhlükə səviyyəsi – orta)”, – deyə agentliyin məlumatında qeyd olunur.
mənbə: interpress