Kişi restoranda güllələndi - VİDEO
Batumidə restoranda kişi güllələnib.
Hadisə bir qədər əvvəl baş verib və həmin anı əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Qətlə yetirilən şəxsin, ilkin məlumatlara görə, Türkiyə vətəndaşı olduğu ehtimal edilir.
Hadisə şahidlərinin sözlərinə görə, restoranda olan kişiyə arxadan 5 güllə atılıb. Atəş nəticəsində restoranın şüşələri də qırılıb.
Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, istintaq tədbirləri aparılır.