İrakli Kobaxidzedən "Saqartvelos Posta" ilə bağlı açıqlama

Oct 7, 2026 - 15:36
 0  19
İrakli Kobaxidzedən "Saqartvelos Posta" ilə bağlı açıqlama

İrakli Kobaxidzenin sözlərinə görə, "Saqartvelos Posta" tarixində ilk dəfə olaraq zərərlə deyil, mənfəətlə işləyəcək və qurumda mümkün korrupsiya halları ilə bağlı araşdırma aparılacaq.

XEBER.GE xeber  verir ki, Baş nazir hökumət iclasında bildirib ki, əvvəlki illərdə hər il zərərlə işləyən poçt idarəsi cari ildə ilk dəfə olaraq mənfəətə çıxacaq. Ötən il "Saqartvelos Posta" ili 7 milyon lari zərərlə başa vurmuşdu. Ştatların optimizasiyası nəticəsində 2,5 milyon lari, zərərsiz xidmət mərkəzlərinin optimizasiyasından isə 1,1 milyon lari qənaət edilib.

Kobaxidzenin sözlərinə görə, əvvəllər bir sıra xidmətlər vasitəçi şirkətlər vasitəsilə həyata keçirilirdi ki, bunlar da "korrupsiya üçün yaxşı vasitə idi". Həmin xidmətlər yenidən poçt idarəsinə qaytarılıb və bunun nəticəsində qurum hər il əlavə 14,2 milyon lari gəlir əldə edəcək. Həmçinin hava terminalının funksiyası bərpa olunub, beynəlxalq şirkətlərlə, o cümlədən "Turkish Airlines" ilə mühüm müqavilələr imzalanıb.

Baş nazir vasitəçi şirkətlərlə bağlı məsələni qeyd edərək, müvafiq qurumların bu halları araşdırıb müəyyən edəcəyini vurğulayıb.