Rusiyada qara yara ilə bağlı yayılan xəbərlər fonunda Gürcüstanda panika üçün əsas yoxdur

Oct 7, 2026 - 14:54
 0  11
Rusiyada qara yara ilə bağlı yayılan xəbərlər fonunda Gürcüstanda panika üçün əsas yoxdur

Gürcüstanın səhiyyə naziri Mixeil Sarcaqeladze Rusiyada qara yara  xəstəliyinin mümkün baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, ölkədə panika və əsassız ajiotaj yaratmaq üçün heç bir əsasın olmadığını bəyan edib.

XEBER.GE xeber  verir ki, Sarcaqeladzenin sözlərinə görə, hadisənin baş verdiyi yer Gürcüstandan çox uzaqdadır və gediş-gəliş intensivliyi nəzərə alınmaqla hər hansı xüsusi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Xəstəliklərə Nəzarət Mərkəzi və Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı kimi qlobal platformalar vasitəsilə vəziyyəti fəal şəkildə izləyir. Lakin əhali üçün hər hansı risk qeydə alınmayıb.

Kütləvi informasiya vasitələrində oktyabrın 2-də Rusiyanın Şelixov şəhər xəstəxanasında İrkutsk Taun Əleyhinə İnstitutun 28 yaşlı laborantı Dariya Şipilovanın ağciyər taunundan ölməsi barədə məlumat yayılmışdı. Versiyalardan birinə görə, o, patogen olan sınaq şüşəsinin sınması nəticəsində yoluxub.

"Rospotrebnadzor" yayılan məlumatları təkzib edərək bildirib ki, laborant "naməlum etiologiyalı pnevmoniya"dan vəfat edib və onun orqanizmində peşə fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər aşkar olunmayıb, həmçinin institutda heç bir qəza baş verməyib.