625 milyon dollar və 35 milyon avronun yuyulması ittihamı ilə həbs edilən şəxsin kimliyi açıqlanıb

Sep 17, 2025 - 14:52
 0  14
625 milyon dollar və 35 milyon avronun yuyulması ittihamı ilə həbs edilən şəxsin kimliyi açıqlanıb

625 milyon dollar və 35 milyon avronun leqallaşdırılması ittihamı ilə saxlanılan şəxs Tbilisidə, Tamar Mephis küçəsi 32 ünvanında yerləşən valyuta mübadilə məntəqəsi olan “Fini” şirkətinin 49 yaşlı sahibi Kaxa Kotorashvilidir.

Bu barədə Prokurorluq rəsmi açıqlama yayıb.

 Qurumun açıqlamasına əsasən, 2022–2024-cü illərdə müəyyən qrup tərəfindən gömrükdən kənar gətirilmiş böyük məbləğdə nağd valyuta valyutadəyişmə məntəqəsi vasitəsilə banklarda “qanuni gəlir” kimi rəsmiləşdirilib və iqtisadi dövriyyəyə daxil edilib.

Bu faktla bağlı aparılan istintaq nəticəsində bir nəfər saxlanılıb.

mənbə: interpress