İtkin düşmüş yeniyetmə ölü tapılıb

Sep 17, 2025 - 14:49
 0  5
İtkin düşmüş yeniyetmə ölü tapılıb

Rustavidə bir neçə gündür axtarılan 16 yaşlı yeniyetmənin meyiti Kür çayında aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hadisə yerində istintaq hərəkətləri davam edir və tibbi ekspertiza təyin olunub.

Qeyd edək ki, yeniyetmə bir neçə gündür axtarışda idi.

mənbə: interpress