Təyyarənin “qaçırılma” səbəbi bəlli oldu: Pilotlar...

Sep 30, 2026 - 13:37
Sep 30, 2026 - 13:56
 0  19
Təyyarənin “qaçırılma” səbəbi bəlli oldu: Pilotlar...

Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsinin qaçırma siqnalı verməsinin səbəbi bəlli olub.

 XEBER.GE xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, təyyarə İordaniya ərazisi üzərindən dönüb. Heyət təyyarənin qaçırılması zamanı istifadə edilən təcili yardım kodunu aktivləşdirib və təhlükə siqnalı ötürüb.

İsrail Hərbi Hava Qüvvələri həyəcan səviyyəsini artırıb və qırıcı təyyarələri havaya qaldırıb. Baş nazir Benyamin Netanyahu müdafiə rəsmiləri ilə təhlükəsizlik iclası keçirib.

Təyyarə daha sonra Səudiyyə Ərəbistanına təhlükəsiz şəkildə eniş edib.

Təyyarə eniş etdikdən sonra İsrail mediası hadisənin pilotlar arasında dava nəticəsində baş verdiyini bildirib.

Təyyarədə əksəriyyəti İsrail vətəndaşları olan 174-dən çox sərnişin olub.

 

 mənbə: publikaaz