SEPAH ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına hücum edib - VİDEO

Aug 31, 2026 - 11:40
 0  13

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ obyektlərinə qarşı hərbi əməliyyatlar həyata keçirib.

XEBER.GE xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında İordaniyadakı bazada qırıcıların yerləşdiyi məkanlar və onların texniki xidmət infrastrukturu darmadağın edilib.

Əməliyyatın korpusun Hərbi Kosmik Qüvvələri tərəfindən icra olunduğu vurğulanır. Hərbçilər bu hücumu Larek adasına edilən ABŞ-İsrail zərbəsinə cavab tədbiri adlandırıblar. Korpus bütün hədəflərə ağır ziyan vurulduğunu qeyd edib.

"İki ABŞ aviabazasında - "Kral Hüseyn" və "Əl-Əzraq"da düşmən qırıcılarının mövqeləri, eləcə də texniki və təmir infrastrukturu tamamilə məhv edilib", - deyə SEPAH-ın məlumatında qeyd olunur.

ABŞ tərəfi isə gecə hücumları ilə bağlı hələlik heç bir şərh verməyib.

Bundan başqa BƏƏ-də yerləşən "Əl-Minhad" ABŞ bazası da orduya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Qeyd olunur ki, "Əl-Minhad" bazası xarici qoşunların hava hərəkəti və dəstəyi üçün ən mühüm mərkəzlərdən biri hesab olunur.

mənbə: oxuaz