Roma Papasında ağciyər xərçəngi aşkarlandı

Oct 14, 2026 - 11:57
 0  13
Roma Papasında ağciyər xərçəngi aşkarlandı

71 yaşlı Roma Papası XIV Leoya ağciyər xərçəngi diaqnozu qoyulduğu bildirilir.

 XEBER.GE xəbər verir ki, pontifikin sağ ağciyərinin aşağı payının çıxarılması üçün cərrahi əməliyyat keçirilib. Aparılan analizlər nəticəsində ağciyər adenokarsinoması diaqnozu təsdiqlənib.

Vatikanın məlumatına əsasən, xəstəlikdən əməliyyatöncəsi müayinələr zamanı şübhələnilib, diaqnoz isə cərrahi müdaxilə zamanı təsdiqlənib. Papa təxminən üç saat əməliyyat otağında qalıb, cərrahi müdaxilə isə 90 dəqiqə davam edib.

Oktyabrın 13-də “RaiNews” telekanalı XIV Leonun Romadakı “Cemelli” klinikasına yerləşdirildiyini xəbər verib. Onu şəxsi həkimi Luici Karbone müşayiət edib.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti əməliyyatın uğurla başa çatdığını və pontifikin palataya köçürüldüyünü bildirib.

Bərpa prosesi ilə əlaqədar Roma Papasının oktyabrın 20-dək bütün ictimai görüşləri ləğv edilib.

Xatırladaq ki, XIV Leo oktyabrın 11-də Müqəddəs Pyotr meydanında ənənəvi duasından sonra ağciyərində erkən mərhələdə aşkarlanmış törəmə ilə bağlı əməliyyat olunacağını açıqlamışdı.

Məlumat Vatikanın açıqlaması və beynəlxalq nəşrlər tərəfindən də təsdiqlənib.

mənbə: axar,az