İrandan ABŞ əsgərlərinə ŞOK XƏBƏRDARLIQ

Jan 26, 2026 - 12:22
Jan 26, 2026 - 12:22
 0  18
İrandan ABŞ əsgərlərinə ŞOK XƏBƏRDARLIQ

“ABŞ əsgərləri, Amerika Prezidenti Donald Trampın göstərişlərinə əməl edərək İrana qarşı yeni hücum həyata keçirəcəkləri təqdirdə, ailələri ilə vidalaşmağa vaxt tapmalıdırlar”.

Xeber.ge xəbər verir ki, bu xəbərdarlığı İran İslam Respublikasının Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi sosial mediada yayıb.

“Ümid edirəm ki, əgər ABŞ öz qeyri-adekvat prezidentinin yanlış hesablamalarına uyaraq yenə də səhvə yol veribsə, onda regiondakı əsgərləri artıq ailələri ilə vidalaşmağa macal tapıblar”, - deyə o bildirib.

Yanvarın 23-də Tramp ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilərin “ehtiyat üçün” İran istiqamətində hərəkət etdiyini açıqlayıb. "The Wall Street Journal" (WSJ) qəzeti yazıb ki, ABŞ lideri İrana qarşı güc tətbiqinin “qətiyyətli” variantlarında israr etməkdə davam edir.

mənbə: publika.az