Azərbaycan və Ermənistanla birgə gömrük keçid məntəqələri üzrə fəal iş aparılır

Jan 26, 2026 - 12:51
 0  9
Azərbaycan və Ermənistanla birgə gömrük keçid məntəqələri üzrə fəal iş aparılır

Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan və Ermənistanla birgə gömrük keçid məntəqələri layihələri üzərində fəal iş aparılır.

Bunu ölkənin Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu layihələr regional əməkdaşlığın uğurlu nümunəsidir və Gürcüstanın tranzit və logistika imkanlarının daha da genişlənməsinə xidmət edir.

Baş nazir əlavə edib ki, artan ixrac və idxal göstəriciləri fonunda Gürcüstanda Avropa İttifaqının standartlarına uyğun kompüterləşdirilmiş tranzit sistemi uğurla tətbiq olunub.

İ.Kobaxidze deyib ki, vahid bəyannamə və vahid zəmanət prinsipi əsasında fəaliyyət göstərən bu sistem Avropa İttifaqı və müvafiq konvensiyanın 39 üzv ölkəsi daxilində yüklərin maneəsiz hərəkətini təmin edir.

Hökumət rəhbəri vurğulayıb ki, Şərq-Qərb Ekspress Yolu, Bakı-Tbilisi-Qars Dəmir Yolu, quru limanlar və Anakliya Dərinsulu Limanı layihəsi Gürcüstanın Orta Dəhlizdəki rolunu gücləndirməyə xidmət edir.

mənbə: report