Gürcüstan Milli Bankının valyuta ehtiyatları tarixi maksimuma çatıb
Gürcüstan Milli Bankının 2025-ci ildə xalis valyuta alışları təxminən 2,43 milyard ABŞ dolları təşkil edib və ölkənin beynəlxalq ehtiyatlarının həcmi tarixi maksimum olan 6,16 milyard dolları keçib.
Bu barədə banka istinadən xəbər verir.
Qurumun açıqlamasında qeyd olunur ki, valyuta bazarındakı vəziyyətə uyğun olaraq Milli Bank beynəlxalq ehtiyatları artırmaq siyasətini davam etdirir. Xüsusilə, dekabr ayında "Bmatch" platformasında aparılan əməliyyatlar nəticəsində valyuta ehtiyatları 361 milyon dollar artıb və bu göstərici ilin sonuna olan tarixi maksimuma çatıb.
Milli Bankın məlumatına görə, beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin əsas qarantıdır və bank bazar imkan verdikcə ehtiyatların artırılmasına diqqət yetirir.
mənbə: report