Tbilisidəki yaşayış binasından məcburi köçürmə zamanı olan qarşıdurmada 4 nəfər saxlanılıb

Tbilisinin Tvalchrelidze küçəsi N1 ünvanında yerləşən yaşayış binasından məcburi köçürmə prosesi bir neçə dəfə yerli sakinlərlə hüquq-mühafizə orqanları arasında sözlü mübahisə və fiziki qarşıdurmalarla müşayiət olunub.
Sakinlər mənzillərə daxil olmağa cəhd göstərsələr də, bu onlara mümkün olmayıb.
Qarşıdurma nəticəsində hüquq-mühafizə orqanları 4 nəfəri saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər inzibati xətalar məcəlləsinin 173-cü maddəsi ilə – polis əməkdaşının qanuni tələbinə tabe olmamaq ittihamı ilə tutulublar.
Əvvəlcə proseslə bağlı açıqlama yayan İcra Bürosu bildirib ki, Tvalchrelidze küçəsindəki binalar tamamilə amortizasiya olunub və orada yaşayan insanların sağlamlığı və həyatı üçün təhlükə yaradır. Məlumata əsasən, bu fakt Samxarauli ekspertizasının rəyilə də təsdiqlənib – sənəddə açıq şəkildə qeyd olunur ki, binaların daşıyıcı divarları zədələnib və istənilən vaxt uçma təhlükəsi var.
İcra Bürosu sakinləri qanunsuz işğal olunmuş ərazini könüllü şəkildə tərk etməyə və verilən təklifləri qəbul etməyə çağırır. Əks halda, qurum məhkəmə qərarının icrasını məcburi qaydada həyata keçirəcəyini bəyan edir.
mənbə: interpress