İsrail hücum etsə, İran bu hədəfləri VURACAQ

"Ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək"

Oct 21, 2024 - 10:40
Oct 21, 2024 - 10:47
 0  7
İsrail hücum etsə, İran bu hədəfləri VURACAQ

"Ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək".

Xeber.ge xəbər verir ki, "Press" TV telekanalı İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərindən sitat gətirib.

“İranın nüvə obyektlərinə hər hansı bir hücum və ya oxşar reydi lazımi cavabla qarşılanacaq”, - nazir deyib.

Onun sözlərinə görə, Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq.

O, həmçinin qeyd edib ki, ABŞ dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz .

mənbə: oxu24.com