Qəzza soyqırımının yeni təfərrüatları: 61 709 qətl…
İsrail ordusu 471 gün ərzində Qəzza sektorunda 61 709 günahsız fələstinlini qətlə yetirib.
Xeber.ge xəbər verir ki,
Qeyd edilib ki, bu rəqəmə öldürülmüş 17 881 qəzzalı uşaq və dağıntılar altında qalaraq itkin düşnüş 14 mindən çox şəxs də daxildir.
İsrailin törətdiyi soyqırım nəticəsində həyatını itirmiş 47 487 nəfərin cəsədi xəstəxanalara çatdırılıb, 14 222 nəfərin cəsədi isə dağıntılar altında qalmaqdadır. 111 588 dinc fələstinli isə yaralanıb.
“İsrail ordusu Qəzzada 17 881 uşağı qətlə yetirib ki, onların da 214-ü müharibə zamanı dünyaya gözaçmış körpələrdir”, – deyə bildirilib.
Həmçinin İsrail ordusu 38 min uşağın da valideynlərini qətlə yetirərək onları yetim qoyub.
Əlavə edilib ki, 1 155 tibb işçisi, 205 jurnalist və mülki müdafiənin 194 əməkdaşı da müharibə zamanı İsrail tərəfindən öldürülüb.
Bundan başqa, İsrail ordusu həmin dövrdə Qəzza sektorunda 6 mindən çox fələstinlini tutub, onlarla fələstinli saxlanıldıqları həbsxanalarda ağır işgəncələr səbəbi ilə dünyasını dəyişib.
2,3 milyon nəfərin yaşadığı Qəzzada 2 milyon insan evlərindən didərgdin düşüb. Bəzi insanlar ən ağır şəraitdə – İsrailin hücumları və bombarmanlarının fonunda öz həyatlarını xilas etmək üçün ən azı 25 dəfə yer dəyişməli olub.
“İşğalçı İsrail fələstinli ailələrə qarşı 9 268 kütləvi qırğın törədib, 292 ailə isə bütün üzvləri ilə birgə qətlə yetirilib”, – deyə Məruf vurğulayıb.
Qəzzada qətlə yetirilən qadınların sayı isə 12 316 nəfərdir.
İsrail hücumları nəticəsində humanitar yardım paylayan 736 nəfər və 3 500 mülki xidmətçi də həyatını itirib.
O deyib ki, bütün bu cinayətlərdə ABŞ İsrailə dəstək verib.
İlkin dəyərləndirməyə görə isə, Qəzzaya dəyən ziyanın həcmi 50 milyard dollardır.
450 min ev zədələnib, 170 min ev tam şəkildə dağıdılıb, 80 min ev ciddi şəkildə dağılıb və 200 min ev isə qismən dağılıb.
Qəzzanın yaşayış sektoruna dəyən zərər 25 milyard dollardan çoxdur.
İsrail Qəzza sektorunda 34 xəstəxananı, 80 tibb mərkəzini və 212 tibbi müəssisəni sıradan çıxarıb,
191 təcili tibbi yardım maşını yararsız hala düşüb.
İsrail hücumları nəticəsində 12 800 tələbə və 800 təhsil sektoru əməkdaşı həyatını itirib, 1 661 universitet, məktəb və təhsil mərkəzi zərər görüb ki, onların 927 tam şəkildə dağılıb.
Müharibə səbəbilə təxminən 785 min fələstinlu tələbə təhsil almaq imkanından məhrum olub.
mənbə: az.shafaqna.com