Avropa İttifaqı Gürcüstanı qarışdırmaq üçün çağırış etdi: Arxanızdayıq
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Gürcüstanda baş verənlərlə bağlı açıqlamalar verib.
Aİ ilə əməkdaşlığın tərəfdarlarının etiraz aksiyasında polislə nümayişçilər arasında toqquşma zamanı həbslər olub.
Qeyd edək ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Aİ-yə daxil olması üçün danışıqların başlanması prosesini dayandırmasından sonra nümayişlərə start verilib.
Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas davam edən etirazlar zamanı jurnalistlərə və siyasətçilərə qarşı sərt təzyiqlərin qəbuledilməz olduğunu bildirib.
"Gürcüstan namizəd ölkədən tələb olunan bütün gözləntiləri yerinə yetirmir. Aİ azadlıq və demokratiya uğrunda mübarizəsində gürcü xalqının yanındadır", - deyə Kallas dqeyd edib.
mənbə: publika