Medvedev Saakaşvilini ittiham etdi: müharibəyə görə məsuliyyət daşıyır
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2008-ci il müharibəsinə görə yalnız Saakaşvilinin məsuliyyət daşıdığını deyib.
O, bu barədə RT-yə müsahibəsində danışıb.
"Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz prezidentdir", - deyə Medvedev qeyd edib.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə baş verən zaman Rusiyada prezident vəzifəsini Dmitri Medvedev, Gürcüstanda isə Mixail Saakaşvili icra edib.