21 yaşlı Fatimə Kərimova ilə bağlı yeni dəhşətli detallar üzə çıxdı
Tbilisidə iyunun 26-da kirayə mənzildə qətlə yetirilən gənc qadınla bağlı yeni təfərrüatlar məlum olub.
Yerli KİV-in yaydığı məlumata görə, qətlə yetirilən şəxs 2005-ci il təvəllüdlü Fatimə Kərimovadır. Bildirilir ki, onun əmisi oğlu 21 yaşlı qızı iki həftə ərzində mənzildə saxlayaraq amansızcasına döyüb, daha sonra isə boğaraq qətlə yetirib.
XEBER.GE xəbər verir ki,
Hüquq müdafiəçilərinin sözlərinə görə, Fatimə əvvəlcə Gürcüstan vətəndaşı tərəfindən sığınacaqla təmin edilib. Bir neçə gün sonra isə əmisi oğlu Tbilisiyə gələrək ona kirayə mənzil tutacağını bildirib. Ancaq sonradan məlum olub ki, onun məqsədi gənc qıza kömək etmək deyil, onu öldürmək imiş.
Qətlə yetirilən gənc qadının yaxınları sosial şəbəkələrdə yazırlar ki, Fatimə Kərimova valideynlərini erkən yaşda itirib.
Onun ailəsindən yalnız 19 yaşlı bacısı sağ qalıb.