Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşdı

Oct 7, 2026 - 21:16
 0  12
Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşdı

Gürcüstanda son günlər ərzində yanacağın qiymətində növbəti artım qeydə alınıb.

XEBER.GE xeber  verir ki, "BPN" nəşrinin məlumatına əsasən, son 2 gündə benzin 3-dən 5 tetriyə qədər bahalaşıb.

"Regular" markalı yanacağın qiyməti 4 larini keçərək 4,02 lari təşkil edib, "Super" markalı yanacağın qiyməti 4,62 lari, "Premium" markalı yanacağın qiyməti isə 4,29 lari olub.

Nəşr qeyd edir ki, bahalaşma mərhələli şəkildə həyata keçirilib. Yalnız sentyabr ayı ərzində benzinin qiyməti 14-31 tetri, dizelin qiyməti isə 30-52 tetri bahalaşıb.

Avqust-sentyabr dövründə benzinin qiyməti ümumilikdə 42 tetriyə yaxın, dizelin qiyməti isə 91 tetriyə qədər artıb.