Qaraçalada iş adamının avtomobilinə hücumla bağlı bir nəfər saxlanılıb-VİDEO

Nov 22, 2026 - 20:20
 0  3

Kvemo Kartli Polis Departamenti bir nəfəri saxlayıb. O, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməkdə ittiham olunur.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Məlumata əsasən, atışma nəticəsində xəsarət alan olmayıb.

“TV Pirveli”nin məlumatına görə, Qaraçala kəndində yerli iş adamı Duriç Qaciyevin avtomobili atəşə tutulub.

Telekanalın məlumatına əsasən, hücum edənlər iş adamı restorandan qayıdarkən onun evinin yaxınlığında pusqu qurublar.

“TV Pirveli”yə danışan mənbənin sözlərinə görə, həmin vaxt avtomobildə Qaciyevin azyaşlı övladları da olub.