Marneulidə qısqanclıq zəminində bıçaqlanma hadisəsi baş verdi
Marneulidə yaşayış binalarından birində qısqanclıq zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.
Məlumata görə, gənc qız yaxında evlənəcəyi nişanlısını mənzildə başqa bir qadınla görüb.
Hadisə nəticəsində oğlan və yanında olan başqa bir qadın bıçaqlanıb. Oğlan ağır yaralanıb, qadın isə yüngül.
Hər iki yaralı Marneulidə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Hazırda oğlanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
mənbə: interpress