Gürcüstan əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirir?

Apr 17, 2025 - 18:06
 0  17
Gürcüstan əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirir?

Gürcüstanın Daxili İşlər Nazirliyi əcnəbi vətəndaşların ölkədə qalma qaydaları ilə bağlı qanunvericiliyə bir sıra düzəlişlər hazırlayıb.

Bu barədə Osnmedia.ru nəşri məlumat verib.

Məlumata görə, dəyişikliklərin yeni paketində cəza növü - ölkədən çıxarılma (deportasiya), ardınca isə müəyyən müddətə ölkəyə girişin qadağan edilməsinin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, Gürcüstanda müəyyən edilmiş qalma qaydalarını pozanların cərimələrinin artırılması da planlaşdırılır.

mənbə: oxu