Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxsə rəsmi ittiham verilir
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan və xarici ölkənin – yayılan məlumatlara görə, Rusiyanın xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürməkdə ittiham olunan şəxsə rəsmi ittihamın təqdim olunması gözlənilir. İttiham elan edildikdən bir neçə saat sonra məhkəmənin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxacağı bildirilir.
Xeber.ge xəbər verir ki,
İstintaq materiallarına əsasən, həmin şəxsə aşağıdakı strateji istiqamətlər üzrə məlumat toplamaq və foto-video çəkilişlər aparmaq tapşırılıb:
DTX, Daxili İşlər və Müdafiə Nazirliklərinin bölmələrinin yerləşmə yerləri, şəxsi heyətin sayı və texniki imkanları.
Mühüm körpülər, əsas avtomobil və dəmir yolu magistralları, habelə digər dövlət əhəmiyyətli obyektlərin koordinatları və təhlükəsizlik sistemləri.
Dövlət Təhlükəsizlik Xidmətinin Kontrkəşfiyyat Departamenti tərəfindən aparılan əməliyyat nəticəsində analoji cinayət əməlində əli olan daha iki Gürcüstan vətəndaşı ifşa edilib.
Hazırda faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.