Polşada 39 yaşlı gürcü saxlanıldı

Oct 30, 2025 - 21:01
 0  8
Polşada 39 yaşlı gürcü saxlanıldı

Polşada polis 39 yaşlı gürcüstanlı kişini saxlayıb — istintaqın məlumatına görə, o, ailə münaqişəsi zamanı 11 yaşlı qızını bıçaqla öldürməklə hədələyib.

 Xeber.ge xeber  verir ki, yerlı medianın yazdığına görə, hadisə keçən həftə Lipski rayonunda baş verib. Polis əməkdaşları ailə münaqişəsi barədə siqnal aldıqdan sonra mənzilə çağırılıb. Müəyyən edilib ki, spirtli içki qəbul etmiş kişi mübahisə zamanı qızını bıçaqla hədələyib.

Hadisə vaxtı evdə onun arvadı və 15, 12, 11 və 2 yaşlı dörd övladı da olub. Polis zorakılıqla bağlı “mavi kart” (Blue Card) prosedurunu işə salıb, məqsəd ailənin təhlükəsizliyini və dəstəyini təmin etməkdir.

Ayıldıqdan sonra 39 yaşlı kişi prokurorluğa aparılıb, ona qızına qarşı psixoloji və fiziki zorakılıq ittihamı irəli sürülüb.