Marneuli-Sadaxlı yolunda ağır qəza: Yaralılar var

Apr 23, 2026 - 11:54
 0  61
Marneuli-Sadaxlı yolunda ağır qəza: Yaralılar var

Gürcüstanın Marneuli-Sadaxlı magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

 Xeber.ge "MarneuliNews.ge" portalına istinadən verdiyi məlumata görə, hadisə zamanı "Toyota Prius" və "VAZ-2106" markalı avtomobillər toqquşub.

Məlumata əsasən, qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfərdən 2-si azyaşlıdır. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

 Faktla bağlı istintaq tədbirləri davam etdirilir