Gürcüstanda temperatur 29 dərəcəyədək yüksələcək

May 13, 2026 - 21:33
 0  17
Gürcüstanda temperatur 29 dərəcəyədək yüksələcək

Gürcüstanda yaxın günlərdə hava temperaturunun nəzərəçarpacaq dərəcədə yüksələcəyi gözlənilir.

Xeber.ge xeber  verir ki, mayın 13-14-də havanın temperaturu daha da yüksələrək +28, +29 dərəcəyə çatacaq.

Bu gün paytaxtda və ölkənin şərqində temperatur nisbətən aşağı (+16, +17 dərəcə) olsa da, sabahdan etibarən istiləşmə başlayacaq.

Həftə sonunadək bu bölgələrdə +25, +26 dərəcə isti müşahidə olunacaq.

Mayın 20-nə qədər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Şənbə və bazar günləri hava günəşli olsa da, bazar ertəsindən etibarən axşam saatlarında yaz fəsli üçün xarakterik olan ildırım çaxması və qısamüddətli yağışlar gözlənilir.

Yağıntıların miqdarı bu bölgədə normadan çox olacaq. Qara dəniz sahili və Kolxeti düzənliyində orta temperatur +16, +19 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından 1 dərəcə aşağıdır. Dağlıq rayonlarda +15, +17, yüksək dağlıq ərazilərdə isə +10, +12 dərəcə isti gözlənilir.

Şərqi Gürcüstan (Kartli və Kaxeti): Orta temperatur normaya yaxın — +16, +18 dərəcə daxilində olacaq.

Mayın 20-dən sonra bəzi günlərdə temperaturun Qərbi Gürcüstanda +32, Şərqi Gürcüstanda isə +31 dərəcəyədək yüksələcəyi ehtimal edilir.