Gürcüstanda Xacaliya–Supsa yolunda hərəkət məhdudlaşdırılır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti sürücülərə xəbərdarlıq edib.
Xeber.ge xeber verir ki, daxili əhəmiyyətli Xacaliya–Supsa avtomobil yolunda aparılan dövri təmir işləri ilə əlaqədar hərəkət rejimi dəyişdirilir.
Məhdudiyyət 2026-cı il mayın 14-dən iyunun 30-dək qüvvədə olacaq.
Avtonəqliyyat vasitələrinin hərəkəti Xacaliya–Supsa yolunun hər iki istiqamətində müvəqqəti məhdudlaşdırılacaq.
Alternativ marşrutlar:
Qriqoleti istiqamətində: Sürücülər Niqvziani dairəsindən istifadə edə bilərlər.
Samtredia istiqamətində: Nəqliyyat vasitələri Supsa dairəsindən beynəlxalq əhəmiyyətli Samtredia–Lançxuti–Qriqoleti avtomobil yoluna yönləndiriləcək.
Avtomobil Yolları Departamenti sürücülərdən yarana biləcək narahatlığa görə üzr istəyib və hərəkət iştirakçılarını müvəqqəti yol nişanlarına əməl etməyə çağırıb.