Daxili İşlər Nazirliyi qeyri-qanuni odlu silahlar və döyüş sursatlarını müsadirə edib

Daxili İşlər Nazirliyinin məlumatına görə, Patrul Polisi, Tbilisi, Acarıstan və İmereti polis departamentlərinin əməkdaşları qeyri-qanuni odlu silahlar və döyüş sursatlarını müsadirə ediblər – 10 nəfər saxlanılıb.
"Odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması faktları üzrə saxlanılan şəxslər bunlardır:
1984-cü il təvəllüdlü Ş.B., 1996-cı il təvəllüdlü O.B., 1990-cı il təvəllüdlü G.K., əvvəllər məhkum olunmuş şəxslər: 1993-cü il təvəllüdlü A.G., 1980-ci il təvəllüdlü T.Ç., 1997-ci il təvəllüdlü G.Ş., 1981-ci il təvəllüdlü M.X., və xarici ölkə vətəndaşları: 1998-ci il təvəllüdlü S.E., 1998-ci il təvəllüdlü S.A., və 2005-ci il təvəllüdlü E.Q.
Cinayətlər 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların üzərinə, yaşayış evlərinə və avtomobillərinə baxış zamanı maddi sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatları – tapançalar, revolverlər, ov tüfəngi, daraqlar və güllələr aşkar edilərək götürülüb" – deyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.
Nazirliyin məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır.
mənbə: marneulifm