Bu gündən etibarən Gürcüstanda yenilənmiş dizayna malik şəxsiyyət vəsiqələri QR kodla veriləcək

Gürcüstanda bu gündən, 4 iyun tarixindən etibarən, yenilənmiş dizayna malik şəxsiyyəti təsdiqləyən vəsiqələrin, müvəqqəti və daimi yaşayış icazələrinin, eləcə də müvəqqəti identifikasiyaedici elektron vəsiqələrin verilməsinə başlanılır.
Yeni şəxsiyyət vəsiqəsinə QR kod yerləşdiriləcək – müvafiq əmr "Gürcü Arzusu" hökumətinin ədliyyə naziri Anri Oxanaşvili tərəfindən 10 martda verilib.
Yeni elektron şəxsiyyət vəsiqələri beynəlxalq ISO/IEC 7810 standartına uyğun olacaq və onların üzərində aşağıdakı mühafizə məlumatları yerləşdiriləcək.
mənbə: marneulifm