4 milyon lari oğurluğu
Organizə olunmuş qrup, 219 benefisiarı aldadaraq heyvandarlıq sahəsinin modernləşdirilməsi proqramından 4 111 054 lari mənimsədi.
Xeber.ge xeber verir ki, istintaqa görə ayrılan 12 935 750 larinin 8 824 695-lik hissəsi layihə xərclərinə sərf olunub; qalanı isə qanunsuz mənimsənilib.
Əlavə olaraq digər proqramlardan 1 559 739 lari də götürülüb.
Hazırda 21 nəfərə qarşı cinayət işi açılıb; 2025-ci ilin iyul-avqust aylarında 13 nəfər həbs olunub.
Cinayət ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180, 210, 362 və 194-cü maddələri üzrə davam edir və cinayətkarlar üçün 9–12ilə qədər həbs cəzası nəzərdə tutulur.