Gürcüstanda NATO və Aİ üzrə Məlumat Mərkəzi bağlanacaq
 
                                Gürcüstanda NATO və Aİ üzrə Məlumat Mərkəzi bağlanacaq.
Məlumatı Gürcüstan XİN yayıb.
Bildirilib ki, mərkəz yenidən təşkilatlandırma nəticəsində Gürcüstan XİN-ə birləşdiriləcək.
Qeyd edək ki, NATO və Aİ İnformasiya Mərkəzinin əməkdaşları işdən çıxarılmaları ilə bağlı məlumat yayıblar. Həmin məlumata əsasən mərkəzin 1 iyul 2025-ci ildə ləğvi planlaşdırılıb.
mənbə: apa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            