Mixeil Saakaşvili “Avropa Xalq Partiyası”nın qurultayına dəvət aldığını açıqlayıb

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının qurultayına dəvət aldığını açıqlayıb.
Saakaşvilinin sosial şəbəkədə yaydığı bəyanatda qeyd etdiyinə görə, konqres aprelin 29-30-da Valensiyada keçiriləcək.
"Mən Avropanın ən böyük siyasi ailəsindən (EPP) aprelin 29-30-da Valensiyada keçiriləcək Avropa Xalq Partiyası Konqresinə dəvət aldım.
Siyasi həbsimə baxmayaraq, “Gürcü arzusu” səsimi susdura bilməyəcək. Nümayəndə heyətimizə uğurlar arzulayıram!
Biz tezliklə Gürcüstanı birlikdə azad edəcəyik!", - Saakaşvili yazıb.
mənbə: interpress