Rustavidə silsilə mənzil oğurluqlarının üstü açıldı

May 28, 2026 - 12:46
May 28, 2026 - 14:07
 0  24
Rustavidə silsilə mənzil oğurluqlarının üstü açıldı

Rustavi şəhərində bir neçə mənzildən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Xeber.ge xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

 

“Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları mənzilə qanunsuz daxil olaraq külli miqdarda oğurluq etməkdə təqsirləndirilən, əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxsi saxlayıblar.

 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Rustavidə yerləşən yaşayış evlərindən  külli miqdarda pul və qiymətli əşyalar oğurlayıb.

 

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxs təqsirləndirilən qismində saxlanılıb. Oğurlanan pul və qiymətli əşyaların bir hissəsi, həmçinin qıfılları açmaq üçün istifadə olunan alətlər maddi sübut kimi götürülüb.

 

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Həmin maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə bəyanatda bildirilir.