Keçmiş hökumət başçısının intihar məktubu ortaya çıxdı

Jul 7, 2025 - 13:54
 0  18
Keçmiş hökumət başçısının intihar məktubu ortaya çıxdı

Televiziya kanalı “İmedi” keçmiş Acarıstan hökumət başçısı Tornike Rijkvadzeyə aid, ehtimal ki, intihara cəhddən əvvəl yazdığı məktubun məzmununu yayıb. Kanalın məlumatına görə, məktubu eksklüziv olaraq onların “Kronika” proqramı əldə edib.

İmedinin yaydığı məlumata əsasən, Rijkvadze məktubunda yazır ki, ona “korrupsiya və narkotacirləri qorumaq” ittihamı irəli sürülür:

“Aleko heç bir günahkar deyil, sakitcə üzərimə götürdüm. Bu adam qardaşlığın nümunəsidir. Səbəb birdir – mənə ittiham edirlər o şeydə (korrupsiya və narkotacirlərin himayəsi), hansı ki, buna ömrüm boyu həm mən, həm də atam qarşı çıxmışıq. Yoruldum – həm böyük qələbələr gördüm, həm də uğursuzluqlar. Ailəmizdən, Patriarxdan üzr istəyirəm. Ata, sən mənim üçün həmişə ləyaqətin birinci nümunəsi olacaqsan.

Data, kişi kimi böyü, Elislə maraqlan. Ana, səni sevirəm. Bağışlayın, qardaşlarım, sizə milyonlar buraxmıram, amma sizi çox sevirəm. Cənab Bidzinadan və Baş nazirdən ümidim var ki, ailəmi qoruyacaqlar.

Mənim dostlarım, əməkdaşlarım, ailə üzvlərim – hamısı mənim tapşırığımla və göstərişimlə hərəkət edirdi. Onlar hamısı günahsızdır. Öz həyatımla buna cavab verirəm. Xahiş edirəm, məni qınamayın və heç kimi günahlandırmayın. Bunu mən özüm yazmışam. Allah mənim sevimli Acarıstanımı və Gürcüstanı qorusun.”

Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, 7 iyulda Saqarecodakı “Geohospitals” klinikasına döş qəfəsindən odlu silah yarası almış Tornike Rijkvadze yerləşdirilib. Ona təcili tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti sabit-ağırdır.

Sonradan Rijkvadze Saqarecodan Tbilisidəki Birinci Universitet Klinikasına köçürülüb.

Mövcud məlumata görə, Tornike Rijkvadzenin işi üzrə odlu silahın ehtiyatsız saxlanılması faktına görə Aleksi Axvlediani adlı şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.

mənbə: interpress