Zurab Caparidze həbs cəzasına məhkum edilib

Hakim İrakli Şvanqiradze prokurorluğun vəsatətini təmin edib və “Dəyişiklik Koalisiyasının” liderlərindən biri olan Zurab Caparidzenin həbs qətimkan tədbirini həbslə əvəz edib.
Siyasətçi elə məhkəmə zalında saxlanılıb.
Caparidzenin məhkəməyə hazırlıq iclası Tbilisi Şəhər Məhkəməsində keçirilib və prokurorluq girov pulunu ödəmədiyinə görə həbs olunmasını istəyib.
Növbəti məhkəmə iclası iyunun 4-ü saat 11:00-da keçiriləcək.
Caparidze aprelin 16-da Tsulukianinin Komissiyasına gəlmədiyi üçün ittiham olunub. Həmin gün məhkəmə siyasətçiyə 20 min lari girov təyin edib.
mənbə: interpress