Tbilisidə bıçaqlanma hadisəsi baş verib
Tbilisinin Didube rayonunda qanlı insident qeydə alınıb. Aqlaidze küçəsində bir nəfər bıçaq xəsarətləri alıb.
Xeber.ge "TV Pirveli"yə istinadən verdiyi məlumata görə, yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Hazırda ona lazımi tibbi yardım göstərilir, vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.
Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini və cinayəti törədən şəxs və ya şəxslərin kimliyini müəyyən etmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir.