Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var

Apr 28, 2025 - 20:46
 0  12
Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var

Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsində maraqlı bir ölkə olaraq regionda təhlükəsizliyi təmin etmək potensialı var.

Bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

"Yeni seçilmiş prezident Bakıya və İrəvana səfər etdi, nümayəndə heyəti müəyyən məsələləri müzakirə etdi o cümlədən Gürcüstanın neytral oyunçu, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində və problemlərin həllində maraqlı ölkə kimi təhlükəsizliyi təmin etmək potensialı bir daha vurğulandı ki, bu da xüsusilə vacibdir”, - Volski deyib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Ermənistana ilk rəsmi səfərə gedib. Kavelaşvilinin Ermənistan prezidenti, baş naziri və katolikosu ilə görüşləri planlaşdırılıb.

mənbə: apa