Marneulidə keçmiş həyat yoldaşını öldürməklə hədələyən kişi saxlanıldı

Oct 28, 2026 - 10:58
 0  15
Marneulidə keçmiş həyat yoldaşını öldürməklə hədələyən kişi saxlanıldı

Gürcüstanda keçmiş həyat yoldaşını öldürməklə hədələyən kişi saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, kişi keçmiş həyat yoldaşını barışmağa məcbur edib, əks halda onu öldürməklə hədələyib.

İstintaqla müəyyən edilib ki, hadisə bu ilin iyul ayında baş verib. Qadın barışmaqdan imtina edəcəyi təqdirdə, kişi onu həyatından məhrum edəcəyi ilə hədələyib.

Saxlanılan şəxs Marneuli Rayon Məhkəməsinin qərarı əsasında axtarışda olub və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Polis əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlini Marneulidə saxlayıb. Hazırda o, penitensiar müəssisəyə yerləşdirilib.