Gürcüstanda su və qaz tariflərinin istehlak həcminə görə hesablanması təsdiqləndi

Oct 28, 2026 - 15:36
 0  28
Gürcüstanda su və qaz tariflərinin istehlak həcminə görə hesablanması təsdiqləndi

Dəyişikliklərə əsasən, məişət istehlakçıları üçün təbii qaz tariflərinin müəyyənləşdirilməsi qaydası dəyişəcək.

2038-ci il yanvarın 1-dək Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (GNERC) tarifləri istehlak həcmini nəzərə almaqla müəyyən edə biləcək. Bu isə daha çox qaz istehlak edənlərin daha çox ödəniş etməsi deməkdir.

XEBER.GE xeber  verir ki, qanunvericilik dəyişikliklərinə əsasən, komissiya keçid dövründə məişət istehlakçıları üçün su və təbii qaz tariflərini istehlak həcminə görə fərqləndirmək səlahiyyətinə malik olacaq.

Hazırda məişət istehlakçıları üçün qaz tarifləri paylayıcı şirkətlərin fəaliyyət göstərdiyi ərazilərə görə müəyyən edilir və qazın hər kubmetri üçün qiymət istehlakın ümumi həcmindən asılı olaraq dəyişmir.

Bundan başqa, su təchizatı xidmətlərinin dəyərinin müxtəlif istehlakçı kateqoriyaları arasında fərqli nisbətlərlə bölüşdürülməsi imkanının qüvvədə olma müddəti 2027-ci il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək uzadılır.

Beləliklə, komissiya 2036-cı il yanvarın 1-dək su təchizatı, 2038-ci il yanvarın 1-dək isə təbii qaz tariflərini istehlak həcminə uyğun müəyyən edə biləcək.

Qeyd olunur ki, bu sahələr üzrə keçid müddətlərinin fərqli olması tarif tənzimlənməsi dövrləri ilə bağlıdır.

 Su təchizatı sektorunda bu müddət 3 il, təbii qaz sektorunda isə 5 ildir.