Gürcüstanın əsas müxalifətyönümlü televiziya kanalı bağlanır

Apr 28, 2025 - 20:41
 0  18
Gürcüstanın əsas müxalifətyönümlü televiziya kanalı bağlanır

Gürcüstanın əsas müxalifətyönümlü "Mtavari Arxi" kanalı bağlanır.

Bu barədə telekanalın əməkdaşları məlumat yayıblar.

Onlar bu gün direktor Giorgi Qabuniyadan bildiriş aldıqlarıını bildiriblər.

Məlumata görə, telekanal mayın 1-dən fəaliyyətini tam dayandıracaq.

Qeyd edək ki, kanal 2019-cu ildən fəaliyyət göstərir. Bu il fevralın 15-dən xəbər buraxılışlarını və canlı yayımda efirə gedən bütün verilişləri dayandıran "Mtavari Arxi" kanalı yalnız seriallar nümayiş etdirirdi.

Kanalın bağlanmasına ciddi maliyyə böhranının səbəb olduğu deyilir.

mənbə: publika