2028-ci ildə də "Gürcü Arzusu" qalib gələcək, növbəti seçkilərdə də…

Apr 24, 2025 - 19:05
 0  20
2028-ci ildə də "Gürcü Arzusu" qalib gələcək, növbəti seçkilərdə də…

2028-ci ildə də "Gürcü Arzusu" qalib gələcək və növbəti seçkilərdə də, — bunu şəhər meri Kaxa Kaladze jurnalistlərə bildirib.

Viza liberallaşmasına gəldikdə isə, onun sözlərinə görə, məsuliyyət bəzi Avropa bürokratlarına aiddir ki, onlar gürcü xalqına şantaj dilində danışırlar.

"Bütün məsuliyyət bəzi Avropa bürokratlarına aiddir ki, onlar şantaj dilində danışır, gürcü xalqını, gürcü dövlətini hədələyirlər. Biz heç kimə bunun imkanını verməyəcəyik. İstər Avropa inteqrasiyası məsələsi ilə bizi şantaj etsinlər, istərsə də şəxsi olaraq, Gürcüstanın maraqları heç vaxt güzəştə gedilməyəcək. Biz çoxlu belə qətnamə görmüşük, çoxlu şantaj da xatırlayırıq. İlk növbədə, bizi namizədlik statusu məsələsi ilə şantaj edirdilər, sonra danışıqların açılması məsələsi ilə, indi isə viza liberallaşması və assosiasiya sazişi məsələlərini istifadə edirlər.

Əgər kimsə istəyirsə, görsün ki, Gürcüstan Avropa inteqrasiyası sahəsində nə edib. Onlar əmin olacaqlar ki, biz irəlidə olan bir ölkəyik. Atılmış irəliləyiş addımları və götürülən öhdəlikləri yerinə yetirməklə biz, namizəd statusunu bizdən əvvəl əldə edən ölkələrdən irəlidəyik. Burada başqa vəziyyət var — Gürcüstanla bağlı fərqli yanaşma var. Avropa bürokratları, radikal qruplarla birlikdə seçkilərdə məğlub oldular, gürcü xalqı onlara yox dedi. Bu, məhz onları əsəbiləşdirir və buna görə də bizi şantaj edirlər", — Kaxa Kaladze bildirib.

mənbə: marneulifm