Tbilisidə ögey övladına qaynar su tökərək işgəncə verən şəxsə hökm oxundu

Oct 16, 2026 - 19:51
 0  15
Tbilisidə ögey övladına qaynar su tökərək işgəncə verən şəxsə hökm oxundu

Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə nəzərə alaraq, azyaşlı ailə üzvünə işgəncə verməkdə və mənzil toxunulmazlığını pozmaqda təqsirləndirilən şəxs barəsində hökm çıxarıb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Məhkəmə prosesində sübut olunub ki, təqsirləndirilən şəxs göstəriş və tapşırıqlarını yerinə yetirmədiyi üçün cəzalandırmaq məqsədilə azyaşlı ögey övladına fiziki zorakılıq tətbiq edib. Daha sonra onu hamam otağına apararaq müəyyən müddət ərzində üzərinə qaynayan su töküb.

Həmçinin təsdiqlənib ki, məhkum zərərçəkənin iradəsinin əleyhinə olaraq zor tətbiq etməklə onun mənzilinin qapısını sındırıb və qanunsuz olaraq içəri daxil olub.

Təqsirləndirilən şəxs  Məhkəmənin qərarı ilə, 12 il müddətinə azadlıqdan məhrum edilib.