Seyid Nəsrullah və Seyid Səfiəddinin dəfn tarixləri və yerləri məlum oldu
Livan Hizbullahının Baş Katibləri Seyid Nəsrullah və Seyid Səfiəddinin dəfn tarixləri məlum olub.
Xeber.ge xəbər verir ki,
Şeyx Qasim bəyan edib ki, ali şəhid Seyyid Həsən Nəsrullahın rəsmi dəfn mərasimi 23 fevral 2025-ci il bazar günü keçiriləcək. O bildirib ki, şəhid Nəsrullah çətin şəraitdə şəhid olduğu üçün dərhal dəfn mərasimi təşkil etmək mümkün olmayıb.
Şeyx Naim Qasim həmçinin Seyyid Haşim Səfiəddinin Hizbullahn baş katibi kimi dəfn ediləcəyini bildirib, çünki o, Seyid Nəsrullahın şəhid olmasından dörd gün sonra bu vəzifəyə seçilib”.
“Seyid Həsən Nəsrullah hava limanı yolu üzərində bir ərazidə dəfn ediləcək, Seyid Haşim Səfiəddin isə öz doğma kəndində torpağa tapşırılacaq”, -deyə Hizbullahın baş katibi Şeyx Naim Qasim əlavə edib.
mənbə: azshafaqna.com