Dövlət universitetlərində təhsil pulsuz olacaq – şərtlər açıqlandı

Jul 31, 2026 - 19:53
 0  11
Dövlət universitetlərində təhsil pulsuz olacaq – şərtlər açıqlandı
: :
playing

Gürcüstan Təhsil, Elm və Gənclər nazirinin müavini Zviad Qabisoniya bildirib ki, 2026-2027-ci ildə qəbul olunan tələbələr üçün dövlət universitetlərində təhsil pulsuz olacaq.

İlk iki semestr ərzində tələbənin təhsil haqqını dövlət tam və şərtsiz ödəyir.

100%-lik maliyyələşdirməni saxlamaq üçün tələbə kreditlərin 80%-dən çoxunu toplamalıdır. Yəni semestrdə yalnız bir fənn borcu qala bilər.

XEBER.GE xeber  verir ki, bu şərt yerinə yetirilərsə, tam maliyyələşdirmə davam edəcək. Əgər 80%-dən çox kredit toplanmazsa, dövlət təhsil haqqının yalnız 50%-ni ödəyəcək.

Üçüncü semestrdən etibarən tələbə yenidən 80%-dən çox kredit toplayarsa, dövlət yenidən tam maliyyələşdirməyə keçəcək.

Hətta bir fəndən kredit almasa, növbəti semestrdə bütün kreditləri toplayarsa, tam maliyyələşdirmə bərpa olunacaq.

Nazir müavini vurğulayıb ki, burada akademik nəticələr və ballardan deyil, yalnız kreditlərin toplanmasından söhbət gedir. Fəndən 51 balı keçən tələbə artıq krediti qazanmış hesab olunur.

O qeyd edib ki, bu yanaşma dünyada geniş yayılıb və Dünya Bankının ekspertlərinin tövsiyəsidir.