Daxili İşlər Nazirliyi narkotik cinayətinə görə 5 nəfəri saxlayıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, narkotik maddələrin satışı ittihamı ilə 5 nəfər saxlanılıb.
DİN-in məlumatına əsasən, qrup şəklində əvvəlcədən razılaşdırılmış şəkildə, böyük miqdarda müxtəlif növ narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə aşağıdakı şəxslər həbs edilib:
1996-cı il təvəllüdlü Q.M.,
1981-ci il təvəllüdlü D.V.,
İordaniya vətəndaşı, 2001-ci il təvəllüdlü B.A.,
Əvvəllər məhkum olunmuş şəxslər: 1981-ci il təvəllüdlü R.M. və 1991-ci il təvəllüdlü J.D.
Cinayət 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Bəyanatda deyilir:
“Polis, saxlanılan şəxslərdən narkotik vasitələrin qanunsuz satışı ittihamı ilə, məhkəmə qərarı əsasında, bir neçə dəfə narkotik vasitələrin nəzarətli alqısını həyata keçirmiş və bu alqılar gizli audio-video yazılarla qeydə alınmışdır.
Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərində və yaşadıqları evlərdə axtarış apararkən ‘heroin’ və ‘marixuana’ aşkarlayıb və müsadirə edib.”
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 273-cü maddələri üzrə aparılır.
mənbə: marneulifm