2026-2027-ci ildə tədris dəyişiklikləri
2026-2027-ci tədris ilində şagirdlər bəzi fənləri yeni saat cədvəli ilə öyrənəcəklər. XEBER.GE xeber verir ki, Müvafiq cədvəl artıq məktəblərə göndərilib, lakin hələ rəsmi olaraq təsdiqlənməyib.
Planlaşdırılan dəyişikliklərə görə:
Kimya fənni artıq 8-ci sinifdən deyil, 7-ci sinifdən başlayacaq.
7-ci sinifdən etibarən gürcü dili və ədəbiyyat ayrı-ayrı fənlər kimi tədris olunacaq.
Eyni vaxtdan Gürcüstan tarixi və Dünya tarixi də ayrı fənlər olacaq.
İbtidai siniflərdə gürcü dili və ədəbiyyat, eləcə də riyaziyyat saatları artırılıb.
Digər mühüm yenilik 10-cu sinifə aiddir: Dünya tarixi tarix fənnindən çıxarılıb. 10-cu sinifdən etibarən yalnız Gürcüstan tarixi keçiriləcək.